Dərc edildi: Baxış sayı: 811
Səudiyyə Ərəbistanının şimalına qar yağıb
Səudiyyə Ərəbistanın şimalındakı Cəbəl əl-Lauz dağlıq rayonunda qar yağıb.
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, yerli sakinlər artıq kirşələrin, xizəklərin kirayəyə verilməsi üzrə məntəqələr də açıb.
Sosial şəbəkələrdə yayılmış şəkillərdə ənənəvi uzun köynəklərdə və baş geyimində olan bədəvilərin əldəqayırma xizəklərlə sürüşdüyü, hətta yarışlar keçirdiyi görünür. Uşaqlar da qardan müxtəlif fiqurlar düzəldir, qartopu oynayırlar.
Dəniz səviyyəsindən 2,5 min metr yüksəklikdə yerləşən Cəbəl əl-Lauz rayonunda oxşar vəziyyət ikinci ildir təkrar olunur.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət