Səudiyyə Ərəbistanının energetika naziri: "2019-cu ildə neft bazarının vəziyyəti müəmmalıdır"
"2019-cu ildə neft bazarının vəziyyəti müəmmalı olacaq".
“Report” “İntefax”a istinadən xəbər verir ki, bunu “Future İnvestment İnitiative” forumundakı çıxışı zamanı Səudiyyə Ərəbistanının energetika naziri Xalid əl Falih deyib. O, müəmmaların həm tədarük, həm də tələbat məsələsinə aid olduğunu diqqətə çatdırıb.
Nazir daha əvvəl bildirmişdi ki, bəzi mülahizələrə görə 2019-cu ildə OPEC+ razılaşmasının iştirakçısı olmayan ölkələrdə neft hasilatının çoxalması ilə ehtiyatlar yenidən arta bilər.
Səudiyyəli nazir OPEC+ razılaşmasının iştirakçısı olan 25 dövlətin bundan sonra da lazım gələndə hasilatı artırmaqla, yaxud azaltmaqla bazarı tənzimləmək niyyətini bir daha təsdiqləyib: “Biz vəziyyəti daim izləyirik və bazarı tarazlaşdırmaq xəttinə sadiq qalmaq niyyətində olduğumuzu bildirmək istəyirəm”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət