Slimfit
  1. MARAQLI

Səudiyyə Ərəbistanında pensiyalar

Səudiyyə Ərəbistanında pensiyalar
Sakura

Səudiyyə Ərəbistanında pensiyalar

Gəlin neftin əsas olduğu ölkədə təqaüdçülərin pensiya yaşı, minimal pensiya və gəlirləri ilə vəziyyətlə tanış olaq.

Pensiya yaşından başlayaq. Rusiya, Səudiyyə Ərəbistanından fərqli olaraq, o artmır, əksinə azalır. Son azalma keçən il olmuşdu - kişilər və qadınlarda 62 yaşdan 60 yaşa. Maraqlıdır ki, yaşlılığa görə pensiya hüququ burada təkcə yaşa çatdıqda yaranmır, həmçinin davamlı bilavasitə pensiya yaşına çatmazdan əvvəl 60 aydan az olmayaraq sığorta stajı olduqda da yaranır. Əgər iş stajı pensiyadan əvvəl azdırsa, insan birdəfəlik ödəniş formasında ödənilmiş pullar geri qaytarılır.

Pensiyanın məbləği stajdan asılıdır: son iş yerindəki məvacibə nisbətən o nə qədər çoxdursa, pensiyanın məbləği də bir o qədər çoxdur.

Belə ki, 40 illik staj olarsa, pensiya son maaşın 100%-i məbləğində ödənilir.

30-40 il arası staj zamanı, son maaşın 75%-i, 20-30 il arası olduqda isə 50% həcmində müəyyən olunur.

Bundan əlavə, Səudiyyə Ərəbistanında pensiyaya çıxdıqda, kifayət qədər münasib məbləğdə birdəfəlik müavinət ödənilir. Müavinətin məbləği bu formulaya əsasən hesablanır: Son məvacibin 11%-i təqaüdçünün işlədiyi aylara vurulur.

Məsələn: əgər insanın 30 il stajı varsa, son iş yerindəki maaşı 1600 dollar olubsa (Səudiyyə üçün elə də yüksək maaş deyil), onda pensiyaya çıxış müavinəti 63,3 min dollar təşkil edir. Yüksək maaşlı vəzifə tutan bəzi insanlar 150 min dollara qədər birdəfəlik müaviət alır.

Səudiyyə Ərəbistanında vətəndaş olan hər kəsdə belə yüksək maaş yoxdur (bununla o Bəhreyn, Qətər, Küveyt və Əmirliklərdən fərqlənir). Buna görə də, 3 min rial məbləğində minimal pensiya mövcuddur. Bu da təxminən 800 dollardır.

Səudiyyədə minimal məbləğ alan təqaüdçülər az deyil. Bir qayda olaraq, bunlar bütün ömür boyu aşağı ödənişli yerlərdə işləyən, yaxud ölkənin səhra yerlərində kiçik əmək stajına malik olan sakinlərdir.

Pensiyaya çıxandan sonra onlar bir qayda olaraq, ticarətlə və ya torpağı olanlar ev təsərrüfatı ilə məşğul olurlar: xurma yetişdiri və ya mal-qara saxlayırlar.

Minimal pensiyadan başqa, Səudiyyə Ərəbistanında maksimal da var. Bu, həmçinin varlı qonşular - Küveyt, Qətər və Əmirliklərdən fərqli olaraq, əhalinin əhəmiyyətli dərəcədə çoxluğu ilə əlaqədardır. Əgər pensiyalar məhdud olsaydı, onda ölkdə hədsiz pensiya xərcləri problemi olardı.

Səudiyyə Ərəbistanında maksimal pensiyalar nazirin maaşı ölçüsündə - 62 min riyal ( bu da 16 min dollardır) təyin olunur. Yəni, 40 il işləmiş və sonuncu iş yerində ayda 20 min dollar maaş almış insan 16 min dollar pensiya alacaq.

Prinsipcə, gəlirin azalması onun həyatına elə də təsir göstərməyəcək.

Hərbi pensiyalar burada digərlərindən az fərqlənir.

Hərbi xidmətçilər təqaüdə çıxarkən, digər vətəndaşlar kimi birdəfəlik pensiya müavinəti ödənilir. Amma o başqa düsturla hesablanır: tam xidmət müddətinin kəmiyyəti bütün əlavələrlə birlikdə son maaşın tam məbləği vurulur.

Pensiyaya çıxmaq üçün minimal xidmət müddəti 25 ildir. Minimal xidmətdən sonra pensiyanın məbləği sonuncu pul müavinətinin 75%-i təşkil edir. Hər əlavə xidmət ili üçün pensiyaya 1% əlavə olunur. Yəni 40 illik xidmət stajı zamanı xidmət zamanı son məvacibin 90%-i alına bilər.

Əlilliyə görə pensiyaya çıxan hərbçilər: 1 ay belə xidmət göstərsə belə, real xidmət müddətindən asılı olmayaraq, yaralanma və ya travma nəticəsində sonuncu pul müavinətinin 80%-i məbləğində ömürlük pensiya alırlar.

 

Mənbə: Travelmaniac

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyada ən sürətli təkər üzərində ev öz rekordunu yenilədi. Keçən il onun sürəti 128km/s idi, may ayında bu sürəti 162,61 km/s-a qədər artırdı, indi isə yarım km artırdı.

Redaktor seçimi

SON XƏBƏRLƏR