Slimfit
  1. DÜNYA

Səudiyyə Ərəbistanında ilk qadın hava yollları nəzarətçiləri işə başladı

Səudiyyə Ərəbistanında ilk qadın hava yollları nəzarətçiləri işə başladı
Sakura

Səudiyyə Ərəbistanında ilk qadın hava yollları nəzarətçiləri işə başladı

Səudiyyə Ərəbistanında qadın “dispetçerlər” xüsusi təlim kursunu tamamlayıb işə başlayıblar.

“Saudi Gazette” xəbər verir ki, Səudiyyə Ərəbistanında ilk dəfə olaraq 11 qadın Ciddə də SANS hava yollarına nəzarət mərkəzində hava yolları nəzarətçisi işinə başlamışlar.

Bizimyol.info” “aif.ru”ya istinadən xəbər verir ki, ilk qadın hava yolları nəzarətçiləri fizika, riyaziyyat, aviasiya terminologiyası və hava yollarına nəzarətin əsas istiqaməti də daxil olmaqla 13 mövzuda bir illik xüsusi təlim proqramını tamamlayıblar.

“Şirkət “Vision 2030″a qatqı təmin etmək və Səudiyyə qadınlarının əmək bazarında iştirakını artırmaq üçün müxtəlif sahələrdə qadınları işə qəbul edir”, – SANS icraçı direktoru Ryan Tarabzoni bildirib.

Onun sözlərinə görə, hazırda 15 nəfər qadın təlim proqramı ilə məşğuldur. Təlimlərinini bitirdikdən sonra onlar da, müvafiq işlərlə təmin olunacaqlar.

“Vision 2030” ölkənin hasilat sənayesindən asılılığının azaldılmasına və iqtisadiyyatın özəl sektorlarının inkişafına yönəlmiş Şahzadə Məhəmməd bin Salmanın islahat proqramıdır. Krallıqla bu proqram üzrə iri layhələrin işləndiyi bildirilir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsan bütün həyatı boyu orta hesabla 100.000km qət edir

Redaktor seçimi

SON XƏBƏRLƏR