Səudiyyə Ərəbistanın ilk qadın səfiri ABŞ-da vəzifəsinin icrasına başlayıb
Ər-Riyad, 4 iyul, AZƏRTAC
Səudiyyə Ərəbistanı şahzadəsi Rima bint Bəndər ben Sultan ben Əbdüləziz Əl Səud Krallığın ABŞ-dakı səfiri vəzifəsinin icrasına başlayıb.
AZƏRTAC “Al Arabiyya” telekanalına istinadla xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Vaşinqtondakı səfirliyinin rəsmi nümayəndəsi Fahad Nazir məlumat verib. O bildirib ki, şahzadə Rima Krallıq ilə ABŞ arasındakı tarixi tərəfdaşlığı gücləndirmək üçün vəzifələrinin icrasına başlayır və o, Vaşinqtonu dəyişən Krallığa fərqli şəkildə baxmağa vadar edəcək.
Qeyd edək ki, şahzadə Rima bint Bəndər ben Sultan ben Əbdüləziz Əl Səud Krallığın tarixinə ölkənin xarici diplomatik missiyasına rəhbərlik edən ilk qadın kimi düşüb.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Ər-Riyad
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət