Dərc edildi: Baxış sayı: 468
Səudiyyə Ərəbistanı zəvvarların ölkəyə girişini qadağan etdi
Səudiyyə Ərəbistanı Məkkə və Mədinədəki müqəddəs yerləri ziyarət etmək istəyən zəvvarların ölkəyə girişinə müvəqqəti qadağa qoyub.
“Report” “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə krallığın Xarici İşlər Nazirliyi məlumat yayıb.
Nazirlik müvəqqəti qadağanı COVID-19 koronavirusunun ölkəyə gətirilməsinin qarşısını almaq zəruriliyi ilə izah edib.
Həmçinin yeni növ koronavirusun artıq qeydə alındığı və daha da yayılması riski olan ölkələrin vətəndaşları üçün turist vizalarının verilməsi də müvəqqəti olaraq qadağandır.
Bundan əlavə, səlahiyyətlilər həmvətənləri və Körfəz Əməkdaşlıq Şurasında iştirak edən ölkələrin sakinləri üçün ölkəyə giriş-çıxışı məhdudlaşdırıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət