Səudiyyə Ərəbistanı Məkkədə və Mədinədə 5G şəbəkəsi yaradacaq
Səudiyyə Ərəbistanının Körfəz regionunda ən iri telekommunikasiya şirkəti olan “Saudi Telecom” ölkənin qərb və cənub-qərb rayonlarını, o cümlədən müsəlmanlar üçün müqəddəs sayılan Məkkə və Mədinə şəhərlərini əhatə edən yeni nəsil 5G yüksəksürətli rabitə şəbəkəsinin qurulması üçün Nokia şirkəti ilə müqavilə bağlayıb.
AZƏRTAC xəbər verir ki, yüksəksürətli simsiz rabitə infrastrukturunun yaradılması layihəsi 2020-ci ilin sonunadək həyata keçirilməlidir.
“Saudi Telecom”un işlər müdiri Nasser Əl-Nasser bildirib ki, Səudiyyə Ərəbistanı “Nokia” şirkəti ilə əməkdaşlıqdan çox məmnundur və bu layihə Krallığın regionda 5G şəbəkəsini tətbiq edən birinci ölkə olmaq arzusunun reallaşmasına kömək edəcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət