Dərc edildi: Baxış sayı: 1014
Səudiyyə Ərəbistanı İslam alimlərini edam edəcək
Hurriyyet.org xəbər verir ki, “Hamas” təşkilatının siyasi bürosnun üzcü Musa Əbu Merzuk, Səudiyyə Ərəbistanının ramazan ayının axırında 3 nəfər dini lideri edam eləməyə hazırlaşdığını iddia edib.
Əbu Merzuk “Tvitter” hesabında verdiyi və iki nəfər səudiyyəli məmura istinad elədiyi açıqlamasında Səudiyyə Ərəbistanında 2017-ci ildə həbs edilmiş islam alimi Salman əl Avde, Avad əl Karni və dini televiziya verilişinin aparıcısı olan Əli əl Ömərinin ramazan ayı başa çatandan sonra edam ediləcəyini bildirib.
Əbu Merzuk bu şəxslərin qanının axıdılmasında Səudiyyə rəhbərliyinin, hakimlərin, bu hökmdən xəbərdar olub bu şəxslərə yardım eləməyən hər kəsin günahkar olduğunu yazıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət