Slimfit
  1. DÜNYA

Səudiyyə Ərəbistanı İranla dialoqun ilkin şərtlərini açıqladı

Səudiyyə Ərəbistanı İranla dialoqun ilkin şərtlərini açıqladı
Sakura

Səudiyyə Ərəbistanı İranla dialoqun ilkin şərtlərini açıqladı

Səudiyyə Ərəbistanı İranla dialoq qurmaq üçün ilkin şərtlərinii açıqlayıb.

Publika.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Xarici İşlər naziri Adil Əl-Cübeyr danışıb.

“Terrora dəstək verməyə, xaos, dağıdıcılıq siyasətinə və Ərəb ölkələrinin daxili işlərinə müdaxilə etməyə son qoyun. Kütləni məhv edən silahlar və ballistik raket proqramlarının inkişafını dayandırın. Normal bir dövlət kimi davranın. Terroru dəstəkləyən üsyançı dövlət kimi deyil. Səudiyyə Ərəbistanı İranla Yəmən haqqında danışmayıb. Danışmayacaq da. Yəmən bütün qisimləri ilə yəmənlilərin işidir. Yəmən böhranının səbəbi İranın roludur. İranda bu rejimin Yəmən üçün istədiyi ən son şey sülh və sabitlikdir”, – nazir tvitterində qeyd edib.

İran hələ ki, Cübeyrin açıqlamalarına cavab verməyib.

Qeyd edək ki, daha öncə “Əlcəzirə” telekanalına açıqlama verən İran parlamentinin sədri Əli Laricani “Biz ibn Salmanın Tehranla ixtilafları dialoq yolu ilə həll etmək istəyini ehtiva edən açıqlamasını məmnuniyyətlə qarşılayırıq. İranın qapıları açıqdır” sözlərini demişdi.

Xatırladaq ki, bir çox ölkə Səudiyyə Ərəbistanın “Saudi Aramco” neft platformasına edilən silahlı hücumların arxasında İranın olduğunu iddia edir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nəriman Nərimanov 28 yaşında. Bakı, 1898-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR