Slimfit
  1. DÜNYA

Səudiyyə Ərəbistanı ABŞ-dan üz döndərdi

Səudiyyə Ərəbistanı ABŞ-dan üz döndərdi
Sakura

Səudiyyə Ərəbistanı ABŞ-dan üz döndərdi

Səudiyyə Ərəbistanı ABŞ-a pul verməyəcək.

"Kommersant.az" xəbər verir ki, Səudiyyə Ərəbistanının şahzadəsi Məhəmməd ibn Salman Əl Saud "Bloomberg"ə müsahibəsində bildirib ki, krallıq öz təhlükəsizliyinə görə ABŞ-a pul ödəməyəcək:

"Biz öz təhlükəsizliyimiz müqabilində pul ödəməyəcəyik. ABŞ-dan alınan bütün silahların pulu ödənilib. Səudiyyə Ərəbistanı- ABŞ münasibətlərinin başlanğıcından etibarən biz hər şeyi pulla alırıq. İki il əvvələ qədər krallıq silahları digər ölkələrdən almaq siyasəti aparırdı. Lakin Donald Trampın hakimiyyətə gəlməsi ilə qarşıdakı 10 il müddətinə silahların ABŞ-dan alınmasına qərar verdik. Ordunun silaha olan tələbatının 60%-i məhz ABŞ sursatları hesabına ödənilir. Silahlara isə 400 milyard dollar xərclənib".

Məhəmməd ibn Salman Əl Saud eyni zamanda qeyd edib ki, Barak Obamanın hakimiyyət illərində ABŞ Yaxın Şərqdə Səudiyyə Ərəbistanının maraqlarına zidd siyasət aparırdı. Lakin krallıq öz maraqlarını qorumağı bacardı:

"Biz uğur qazandıq, ABŞ isə Obamanın hakimiyyət illərində uğursuzluqlara düçar oldu. Misir böhranı buna əyani sübutdur", - şahzadə bildirib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Naməlum yol - Nepal, Lantanq milli parkı, Aprel 2015. Fotoqraf - Dmitri Kupraçeviç

Redaktor seçimi

SON XƏBƏRLƏR