Slimfit
  1. İQTİSADİYYAT

Səudiyyə Dəmiryolları “Huawei” ilə birlikdə yeni nəsil dəmiryolu şəbəkəsini inşa edəcək

Səudiyyə Dəmiryolları “Huawei” ilə birlikdə yeni nəsil dəmiryolu şəbəkəsini inşa edəcək
Sakura

Səudiyyə Dəmiryolları “Huawei” ilə birlikdə yeni nəsil dəmiryolu şəbəkəsini inşa edəcək

Səudiyyə Ərəbistanı Dəmiryolları krallıq ərazisində intellektual dəmiryol və rəqəmsal transformasiyaların inşası nəzdində informasiya kommunikasiya texnologiyaları sahəsində lider şirkət sayılan “Huawei” ilə əməkdaşlıq edəcək.

Bu günlərdə bu ikitərəfli əməkdaşlıq ilə bağlı Səudiyyə Ərəbistanında baş tutan rəsmi tədbirdə Səudiyyə Dəmiryollarının direktoru Dr.Bəşər Əl-Malik və “Huawei Tech Investment” Səudiyyə Ərəbistanın baş direktoru Dennis Janq arasında strateji saziş imzalandı.

Yeni razılaşmaya əsasən, Səudiyyə Ərəbistanı və “Huawei” şirkəti intellektual dəmiryollarının inşası, yeni nəsil dəmiryol internet şəbəkəsinin qurulması, əşyaların interneti, süni zəka, bulud hesabları və Səudiyyə dəmiyollarında 5G şəbəkəsinin təşkili sahəsində əməkdaşlıq edəcəklər.

İkitərəfli əməkdaşlıq çərçivəsində həmçinin innovativ dəmiryollarında İKT həlləri mövzulu təlimlər də keçiriləcək ki, bu da Səudiyyə Ərəbistanı dəmiryolları ərazisində fərqli, keyfiyyətli və etibarlı xidmət göstərməyə təkan verəcək.

Bunlardan əlavə, “Huawei” şirkəti Səudiyyə Ərəbistanı Dəmiryollarının baş qərargahında İKT yol xəritəsinə daxil olan və rəqəmsal eranın mərkəzində dayanan bir neçə effektli texnologiya və innovativ həllər nümayiş etdirib. Bunlar özündə süni zəka dəstəkli İKT infrastrukturu, “All Flash” yaddaşı, kampus şəbəkəsi, bulud data mərkəzi, proqram dəstəkli qlobal internet şəbəkəsi (WAN), aktiv xəta bərpası və intellektual video-müşahidə kimi xüsusiyyətləri birləşdirir.

Tədbir əsnasında D.Janq bildirib:

“Biz xüsusi olaraq Ərəb Krallığı üçün düşünülmüş unikal sistemli ağıllı dəmiryol şəbəkəsinin inşası istiqamətində Səudiyyə Ərəbistanı Dəmiryolları ilə birgə əməkdaşlıqdan məmnunuq”.

Daha sonra o, “Bu, ölkənin inkişafına əhəmiyyətli təsir göstərəcək irimiqyaslı infrastruktur layihəsidir və bu layihənin həyata keçirilməsi üçün partnyor şirkət olaraq seçildiyimizə, burada öz texnologiyalarımızı tətbiq edəcəyimizə görə qürur duyuruq” deyə əlavə edib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1987

Redaktor seçimi

SON XƏBƏRLƏR