Səttar Möhbalıyev: Azərbaycanda mətbu nəşrlərin sərbəst fəaliyyəti, jurnalistlərin öz iradələrini azad…
Bu gün mətbuat müstəqil dövlət, sivil, demokratik vətəndaş cəmiyyəti quruculuğunda, iqtisadi və sosial islahatların həyata keçirilməsində, cəmiyyətdə sosial ədalət və şəffaflığın təmin edilməsində, insan hüquqlarının müdafiəsində, həmrəylik və tolerantlıq mühitinin yaradılmasında, milli şüurun, siyasi mədəniyyətin və bütövlükdə sağlam və mənəvi dəyərlərin formalaşmasında mühüm rol oynayır. Hazırda ölkəmizdə həyata keçirilən bütün bu proseslərin mətbuatın, kütləvi informasiya vasitələrinin iştirakı olmadan reallaşdırılması təsəvvür edilə bilməz.
Trend-in məlumatına görə, bunu Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, millət vəkili Səttar Möhbalıyev deyib.
Millət vəkili bildirib: "Ulu öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə yenidən qayıdışı ilə siyasi həmlələrdən, təzyiqlərdən, buxovlardan qurtulan milli mətbuatımız möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə müasir demokratik cəmiyyətdə mühüm rol oynamağa başladı. Respublikada mətbu nəşrlərin sərbəst fəaliyyəti, jurnalistlərin öz iradələrini azad şəkildə ifadə etməsi üçün bütün imkanlar yaradılmışdır. Cənab Prezident Azərbaycan milli mətbuatının yaranmasının dövlət səviyyəsində qeyd edilməsinə, yubiley münasibətilə Azərbaycan mətbuat işçilərinin təltif edilməsinə, fəxri adlar almasına, onların sosial məsələlərinin həllinə xüsusi önəm verilməsinə, habelə kütləvi informasiya vasitələrinə maliyyə yardımının göstərilməsinə böyük önəm verir, jürnalistlərin əməyinə xüsusi həssaslıqla yanaşır".
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət