Slimfit
  1. MARAQLI

Səsi aydın ötürən qulaq implantatı təqdim olunub

Səsi aydın ötürən qulaq implantatı təqdim olunub
Sakura

Səsi aydın ötürən qulaq implantatı təqdim olunub

Xeberler.az xarici mediaya istinadən bildirir ki, İngiltərənin Qrinviç Universitetinin alimləri eşitmə qabiliyyəti əhəmiyyətli dərəcədə az olan  insanlar üçün unikal implantat hazırlayıblar. İmplantat eşitməni demək olar ki, 100 faiz təmin edir. Səs gücləndirən adi qurğular səsi olduqca kəskin ötürür, adaptasiya və kənar səslərin uzaqlaşdırılması üçün müəyyən beyin məşqləri tələb edir.

Yeni implantat isə tamamilə başqa üsulla fəaliyyət göstərir. O, ətraf mühitdən gələn səsləri laylar üzrə yazır. Bu, əhəmiyyətli səsli informasiyanı ayırd etməyə imkan verir. İmplantat eyni zamanda, məlumat anbarında olan müxtəlif versiyaları tətbiq edərək daxil olan səs siqnalını analoq komponentlərinə ayırır. Başqa sözlə, siqnalı yaddaşda olan komponentlərdən istifadə edərək yüksək dəqiqliklə bərpa etmək mümkün olur.

Sistemin işləməsi üçün mikrofon qulaq arxasına, əsas qurğu isə kəllə daxilinə yerləşdirilir. Kənardan gələn səslər eşitmə sinirinə birbaşa qoşulmuş daxili qurğuda qeydə alınır və ötürülür. Bu sinir səs siqnallarını beyinə yollayır. Nəticədə maksimal təmiz səs alınır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nəriman Nərimanov 28 yaşında. Bakı, 1898-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR