Dərc edildi: Baxış sayı: 222
Sərt karantin rejiminin tətbiq olunduğu ərazilərin sayı artırıla bilərmi? - RƏSMİ
“Sərt karantin rejimi tətbiq edilən rayonların sayının artırılması epidemioloji vəziyyətdən asılıdır”.
Ens.az Oxu.az-a istinadən xəbər verir ki,bunu Nazirlər Kabineti yanında operativ qərargahın bu gün keçirdiyi brifinqdə Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva deyib.
O bildirib ki, sərt karantin rejiminin tətbiq edildiyi şəhər və rayonların siyahısı dəyişə bilər:
“Epidemioloji vəziyyətlə bağlı siyahıya əlavələr və çıxarılmalar ola bilər. Siyahıda olmayan şəhər və rayonlarda epidemioloji vəziyyət nəzarətdədir. Əgər dinamika pozularsa, siyahıya yeni ərazilər əlavə edilə bilər”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət