Sərt karantin günlərində cərimələnənlərin sayı açıqlandı
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu ərazilərində tətbiq edilən sərtləşdirilmiş xüsusi karantin rejimi qaydalarını pozanların sayını açıqlayıb.
BDYPİ-dən verilən məlumata görə, koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən sərtləşdirilmiş xüsusi karantin rejiminin pozulmasına görə, iyunun 6-sı saat 00:00-dan bu gün saat 06:00-dək olan müddət ərzində nəqliyyat vasitələri ilə hərəkətdə olan 2524 nəfər İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilib.
Bundan əlavə, respublikanın digər avtomobil yollarında isə sərnişindaşımada istifadə olunan taksi və avtobuslarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə edilmədiyinə görə, həmin Məcəllənin 211.2-ci maddəsi ilə 218 və eyni əməllərin il ərzində təkrar törədilməsinə görə, İXM-nin 211.3-cü maddəsi ilə beş nəfər olmaqla, ümumilikdə 2776 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.
Mənbə: Oxu.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət