Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Sərin otaqda yatmağın 5 tibbi faydası

Sərin otaqda yatmağın 5 tibbi faydası
Sakura

Cavan qalacaqsız

Axşam insanın yatdığı otağın temperaturu onun orqanizminə təsir edir. Çox insan elə düşünür ki, yatanda nə qədər isti olsa, bir o qədər yaxşıdır. Mənə soyuq olar, xəstələnərəm  düşünənlərə bəd xəbər var: isti yataq otağında yatan insanlar daha tez qocalır.
 
Medicina.az sərin və hətta soyuq otaqda yatmağın 5 faydasını təqdim edir:
 
1.Diabet olma riskin azalır
 
Əgər normal otaq hərarətini yataq otağında 2-3 dərəcə aşağı etsən, bədənin və ruhun sənə təşəkkür edəcək. Maddələr mübadiləsi ilə bağlı ən kəskin xəstəlik olan diabet də səndən yan qaçacaq. Etibarlı elmi tədqiqatlar sübut edib ki, soyuq otaqda yatan insanlarda piy və kalori əriməsi daha yaxşı gedir, maddələr mübadiləsi daha yaxşı işləyirdi. 
 
2.Yaşından gənc görünəcəksən
 
İsti hərarət orqanizmdə  melatonin və boyartma hormonunun hasilatını blok edir. İsti otaqda yatmaq dərinin daha çox quruması, qırışmasına səbəb olur. Ona görə sərin otaqda yatmaq cavan qalmağa səbəb olur. Çünki yuxuda lazım olan hormonlar qaydasında sintez olunur.
 
3.Daha tez və dərin yuxuya gedəcəksən
 
İsti otaq, xüsusən radiator və kondiosinerlə isidilmiş boğanaq havalı yataq otağında yuxuya getmək zülümdür. İnsan o tərəf-bu tərəfə dönür, rahatlıq tapmır.
 
4.Əgər istisidirsə, soyunub yat
 
Yuxuda bədəni sərin saxlamaq üçün soyunub yatsan, bədən daha az kortizol hasil edəcək. Kortizol isə artıq çəki və stress hormonudur. Ona görə sərin otaqda və lüt yatan insanlarda stresə davamlılıq da yüksək olur, onlar gün ərzində özlərini daha xoşbəxt hiss edirlər.
 
5.Sərin otaq psixi sağlamlıqdır
 
İsti, quru havalı otaq beyin üçün stresdir. Sərin otaqda beyin oksitosin adlı hormon ifraz edir. Bu hormon fiziki və psixi sağlamlıq üçün çox vacibdir. Sərin yerdə yatmaq depressiyanı aparır.
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Mirzə Fətəli Axundzadənin 1850-ci ildə yazdığı "Sərgüzəşti-vəziri-xani-Lənkəran" komediyası Azərbaycan teatrı səhnəsində qoyulmuş ilk dramatik əsərdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR