Slimfit
  1. SİYASƏT

Sergey Lavrov: “Qarabağ probleminin həlli üzrə mövcud format faydalıdır”

Sergey Lavrov: “Qarabağ probleminin həlli üzrə mövcud format faydalıdır”
Sakura

Sergey Lavrov: “Qarabağ probleminin həlli üzrə mövcud format faydalıdır”

 

"Hazırda danışıqlar masasında Dağlıq Qarabağ münaqişəsinin mərhələli həllini təklif edən bir sənəd var".

Report” xəbər verir ki, bu barədə Qorçakov Fondunun təşkil etdiyi onlayn "dəyirmi masa" zamanı Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov BMT Təhlükəsizlik Şurasının Qarabağ münaqişəsi ilə bağlı qətnamələri barədə danışarkən bildirib.

“Qəbul edilmiş qətnamələr məlum sənədlərdir. Onlar hərbi əməliyyatların qızğın dövründə qəbul edilib və hər şeydən əvvəl hərbi əməliyyatların tamamilə dayandırılmasını və danışıqlara keçilməsini nəzərdə tutub. Qətnamələrdə Azərbaycan Respublikasının ərazi bütövlüyü təsdiqini tapıb. Eyni zamanda, sənədlərdə müharbəni dayandırmaq və danışıqlara keçmək çağırışı da olub. 

O vaxtdan bəri biz dəfələrlə danışıqlara başlamışıq, özü də müxtəlif formatlarda. Amma indi danışıqların Bakı-Yerevan, ATƏT-in Minsk qrupunun üç həmsədri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi formatı müəyyən edilib. Bu, BMT Təhlükəsizlik Şurasının müharibəni dayandırmaq və razılığa gəlmək tələbini təcəssüm etdirən faydalı və yaxşı formatdır”, - S.Lavrov deyib.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kalpeya adlı bu qadın 7.5 min il əvvəl müasir Hibraltar ərazisində yaşayıb. Onun görüşünün bərpası üçün yarım il sərf olunub və artıq biz onun üzünü görə bilirik.

Redaktor seçimi

SON XƏBƏRLƏR