Lavrov: Ermənistandakı bu prosesdən xəbərimiz var
“Rusiya Cənubi Qafqazda NATO maraqlarının Ermənistan vasitəsilə təşviqinə cəhdlər görür”.
“Report” TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov MDB Xarici İşlər Nazirləri Şurasının iclasının yekunları üzrə jurnalistlərə açıqlamasında deyib.
“Anti-Rusiya əhvali-ruhiyyəsinin qızışdırılmasına gəlincə, bu, müəyyən dərəcədə süni şəkildə həyata keçirilir. Ermənistanda son illər yaradılan qeyri-hökumət təşkilatlarının sayından xəbərimiz var. Bunların sayı əvvəllər də çox idi. Əlbəttə ki, bu təşkilatlar Ermənistanla Rusiya arasında dostluq münasibətlərinin inkişaf etdirilməsi məqsədi ilə yaradılmayıb. Onlar anti-Rusiya əhvali-ruhiyyəsi üçün zəmin yaratmaq və ilk növbədə ABŞ-ın, Avropa İttifaqının, NATO ölkələrinin Ermənistan vasitəsilə bu regionda maraqların təşviqinə hazırlıq görmək məqsədi daşıyır. Biz bu cəhdləri görürük. Onlar bu yolla müəyyən nəticələr də əldə edirlər”, - o vurğulayıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət