Slimfit
  1. DÜNYA

Sergey Lavrov Cavad Zəriflə görüşüb

Sergey Lavrov Cavad Zəriflə görüşüb
Sakura

Sergey Lavrov Cavad Zəriflə görüşüb

İran və Rusiya Xarici İşlər nazirləri görüşüb.

APA-nın Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, Məhəmməd Cavad Zərif və Sergey Lavrov arasında görüş İranlı XİN başçısının Moskvaya səfəri çərçivəsində baş tutub. 

Sergey Lavrov görüş zamanı bildirib ki, Rusiya və İran Birgə Hərtərəfli Fəaliyyət Planının saxlanılması üçün çalışmalıdır.

Rusiyalı XİN başçısı qeyd edib ki, bu saziş BMT Təhlükəsizlik Şurasının qərarı ilə təsdiqlənib, lakin buna baxmayaraq, ABŞ bu razılaşmadan təkəbbürlə çıxıb və bu sazişdə iştirak edən digər ölklərə də təzyiq edir.

"Bu razılaşmanın qorunub saxlanılması üçün nə edəcəyimiz barədə fikir mübadiləsi aparacağıq",  - deyə Lavrov bildirib.

Qeyd edək ki, İran mətbuatı Cavad Zərifin dekabrın 31-də Çinə səfər edəcəyi ilə bağlı məlumat yayıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şuşa, Qarabağı Könüllü Müdafiə Batalyonu - 1992-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR