Dərc edildi: Baxış sayı: 386
Separatçılar rus sülhməramlılara atəş açıb: ölən var
Ötən gün qanunsuz erməni silahlıları Rusiya Federasiyasının Sülhməramlı Kontingentinə məxsus avtomobili atəşə tutub, bir əsgər ölüb, biri yaralanıb.
Ens.Az-ın məlumatına əsasən,bu barədə "Report"a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.
Məlumata görə, sentyabrın 20-də Azərbaycan Respublikasının Tərtər rayonunun Canyataq kəndi ərazisində RSK-ya məxsus Kamaz markalı avtomobil qanunsuz erməni silahlı birləşmələrinin naməlum üzvləri tərəfindən odlu silahlarla atəşə tutulub. Hadisə nəticəsində RSK-nın 1 əsgəri ölüb, 1 nəfər hərbi qulluqçu isə yaralanıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət