Slimfit
  1. CƏMİYYƏT

Sentyabrın 1-dən metro açılır?-AÇIQLAMA

Sentyabrın 1-dən metro açılır?-AÇIQLAMA
Sakura

Sentyabrın 1-dən metro açılır?-AÇIQLAMA

Yeni növ koronavirus infeksiyası ilə əlaqədar Azərbaycan Respublikası ərazisində tətbiq olunan ümumi karantin rejimi 31 avqust 00:00 da bitir. Mərhələli yumşalma planına və mövcud sanitar- epidemioloji vəziyyətə uyğun olaraq sentyabrın 1-dən Bakı Metropoliteninin fəaliyyətinin yenidən bərpası gözlənilirmi?

Ens.az xəbər verir ki, bu barədə Sonxeber.az-a deputat Asim Mollazadə açıqlama verib. Deputat Asim Mollazadə bildirib ki, "metronun ventilyasiya sistemi koronavirusun yayılması üçün çox ciddi təhlükə təşkil edir.

Bir çox ölkələrdə virusun ventilyator vasitəsilə yayılması müşahidə olunub. Bu baxımdan metroda maska taxmayan vətəndaşların virusa yoluxaraq hazırki stabil epidemyolji vəziyyəti pisləşdirə bilər".

Asim Mollazadə qeyd edib ki, metronu bu hallarda açmaq olar ki, orda koronavirusa qarşı təhlükəsizlik qaydalarına ciddi əməl və nəzarət olunsun:

"Misal olaraq sərnişinlərin metroya maskasız girişinə icazə verilməsin və ventilyator sistemində mütamədi olaraq müvafiq gigenik təmizləmələr aparılsın. Ancaq yenə də metronun yenidən açılması üçün ümumi epidemioloji vəziyyətə baxdıqdan sonra qərar qəbul olunacaqdır".

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsanların nəfəs aldığı havanın cəmi 20%-ni oksigen təşkil edir

Redaktor seçimi

SON XƏBƏRLƏR