Dərc edildi: Baxış sayı: 507
:0
Sənaye və istehsal sektorunun kreditləşməsi 56% artıb
2020-ci ilin mart ayının 1-nə sənaye və istehsal sektoruna kredit qoyuluşunun həcmi ötən ilin eyni ayı ilə müqayisədə 409,2 mln. manat və ya 56,3% artaraq 1 135,4 mln. manata çatıb.
Azərbaycan Mərkəzi Bankından "APA-Economics"ə verilən məlumata görə, sənaye və istehsal sektoruna kredit qoyuluşu aylıq müqayisədə 3,1 mln. manat və ya 0,3% azalıb.
Sözügedən sektorun kreditləşməsinin real sektora kredit qoyuluşunda xüsusi çəkisi isə 7,2% təşkil edib ki, bu da aylıq müqayisədə 0,1 faiz bəndi azdır, illik müqayisədə isə 1,6 faiz bəndi çoxdur.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət