Senatorlardan Trampa məktub: Ərdoğan gəlməsin
ABŞ Nümayəndələr Palatasının üzvləri ölkə başçısı Donald Trampa məktubla müraciət edərək Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Vaşinqton səfərinə qarşı çıxdıqlarını ifadə ediblər.
Axar.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb.
“Mövcud şərait nəzərə alındıqda Ərdoğanın ABŞ-ı ziyarət etməsi son dərəcə uyğunsuz bir hadisədir. Bu dəvət geri götürülməlidir”, - məktubda deyilib.
Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin sədri Eliot Engelin rəhbərliyi ilə yazılan məktubda Türkiyənin Suriyanın şimal-şərqində təşkil etdiyi əməliyyatın ABŞ-ın milli təhlükəsizliyi baxımından fəlakət xarakteri daşıyan nəticələr yaratdığı və NATO daxilində dərin çatlar əmələ gətirdiyi bildirilib.
Məktubda həmçinin Türkiyənin Moksva ilə yaxınlaşması məsələsinə də toxunulub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət