Dərc edildi: Baxış sayı: 469
Senatorlar Ukraynaya görə Trampa müraciət etdi
Amerikalı senatorlar Donald Tramp administrasiyasına müraciət edərək, Ukraynanın təhlükəsizliyinin təmin olunması üçün vəsait ayrılmasını istəyiblər.
Axar.az xəbər verir ki, bu barədə “Politiko” nəşri yazıb.
Məktubu hazırlayan 3 demokrat və 2 respublikaçı senator Ukraynaya yardım göstərilməsini olduqca vacib hesab ediblər.
“ABŞ-ın təhlükəsizlik sahəsində maliyyə dəstəyi artıq bu konfliktdə vəziyyəti dəyişməyə yardım edib. Hazırda maliyyə dəstəyi bu gənc dövlətin suveren ərazisini müdafiə etmək üçün zəruridir”, - məktubda qeyd olunub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət