Dərc edildi: Baxış sayı: 502
Senatordan Zelenkiyə xəbərdarlıq: Bu, fəlakət ola bilər
Ukrayna Prezidenti Vladimir Zelenski Pyotr Poroşenkonun baş nazir postuna təyinatının ölkə üçün nə qədər təhlükəli olduğunu anlamaya bilməz.
Axar.az xəbər verir ki, bu sözləri rusiyalı senator Frants Klintseviç deyib.
“Əlbəttə ki, həlledici qərar Ukrayna xalqınındır. Digər tərəfdən Zelenski anlamalıdır ki, Poroşenkonun baş nazir olması əsl fəlakətlə nəticələnər. Ölkə üçün bu proses uzun çəkə bilər. Prezident üçün də həmçinin...” - deyə Klintseviç qeyd edib.
Qeyd edək ki, eks-prezident P.Poroşenko növbədənkənar parlament seçkilərində partiyasının qalib gələcəyi təqdirdə baş nazir postuna gəlməyə hazır olduğunu bəyan edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət