Slimfit
  1. DÜNYA

Senatın sanksiya qərarına Türkiyədən reaksiya

Senatın sanksiya qərarına Türkiyədən reaksiya
Sakura

Senatın sanksiya qərarına Türkiyədən reaksiya

Türkiyə XİN ABŞ Senatının xarici işlər üzrə komitəsinin Türkiyə əleyhinə sanksiyalar hazırlamasını qınayan bəyanat yayıb.

Axar.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.

“Konqresin iki palatasının və Türkiyə əleyhinə olan dairələrin dəstəklədiyi təşəbbüslər bizim milli təhlükəsizliklə bağlı qəbul etdiyimiz suveren qərarlarımıza qarşı növbəti hörmətsizlikdir. Biz ABŞ Konqresini məntiqli olmağa və konstruktiv mövqe tutmağa, son həftələrdə ən yüksək səviyyədə təsdiqini tapmış ortaq məqsədlərə xələl yetirməməyə çağırırıq”, - deyə bəyanatda bildirilir.

Qeyd edək ki, ötən gün ABŞ Senatının xarici işlər üzrə komitəsi Ankaranın Suriyanın şimal-şərqində hərbi əməliyyat aparması və Rusiyadan S-400 zenit-raket sistemini almasına görə Türkiyə əleyhinə sanksiyalar paketini təsdiq edib. Bənzər qanun layihəsi oktyabrda ABŞ Konqresinin Nümayəndələr Palatası tərəfindən qəbul edilib. Sanksiyalar ABŞ Prezidenti Donald Trampın Suriyadakı hərbi əməliyyatlarla əlaqəli olan şəxslərə, o cümlədən Türkiyənin Milli Müdafiə naziri Hulusi Akara qarşı məhdudiyyətlərin tətbiqini nəzərdə tutur.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Turistlər Şuşada (1988)

Redaktor seçimi

SON XƏBƏRLƏR