Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Sən xəstə deyilsən, sən susuzsan!

Sən xəstə deyilsən, sən susuzsan!
Sakura

Ağır xəstələrini adi su və duz ilə müalicə edən iranlı həkim

Fereydun Batmanhelic ötən əsrdə İranda yaşayıb. Adi su və duz ilə müalicə metodunu dünyada təbliğ edən həkim sonradan yazdığı "Sən xəstə deyilsən, sən susuzsan” kitabı ilə dünyada tanınaraq, milyonlar qazanıb. Bu günə kimi bütün dillərə tərcümə olunan, yüz minlərlə satış edən, çox insanları su və duz ilə müalicəyə cəlb edən Fereydunun həyatı da keçməkeşli olub.
 
Medicina.az xəbər verir ki, hələ gənc yaşlarında İran inqilabı baş verən 1979-cü ildə həbsə düşən həkim onunla bir yerdə qalan gənc oğlanın mədə ağrılarından qıvrıldığını görüb. Həbsxanada verilən dərmanlar zəif olduğundan gənc oğlanın halı getdikcə pisləşib. Fereydun həbsxanadan gəncin meyitinin çıxacağını anlayıb hərəkətə keçir. Xəstəyə hər gün təmiz su və duz verməyə başlayır. Suyun miqdarını günbəgün artırıb. 3 gün ərzində həbsxanadakıların gözü qarşısında oğlan özünə gəlib, sağalmağa başlayıb.
 
Bu metodla o, oradakı astma, vərəm, bronxit və digər xəstəlikləri olan məhkumları da sağaltmağa başlayıb. Həqiqətən də bu, işə yarayıb. 
 
Həbsdən çıxdıqdan sonra bütün ömrünü, fəaliyyətini suyun müalicəvi təsirinə, xəstəliklərdə tətbiqinə, ağır xəstələrdə dərman əvəzi bu metoda keçdikdən sonra baş verən dəyişikliklərin öyrənilməsinə həsr edib.
 
Doktor Batmanhelic ürəkdən arzulayırdı ki, onun metodu daha çox insanlara çatdırılsın, hətta klinikalar da bu üsulla müalicəyə keçsin. O, insanların hər gün 5-7 adda dərman atmasının qarşısını almaq istəyirdi. Lakin onun arzusu öz ölkəsində və kənarda nə dövlət, nə məmurlar, nə də farmakoloji şirkətlər, iri təcrübə laboratoriyaları tərəfindən dəstəkləndi. Çünki bu işdə milyonlarla gəlir yox idi, satmağa bir şey yox idi. Ona görə Fereydun çarəni kitab yazıb, daha çox insana çatmasında görür.
 
Fereydun xəstələrə deyərdi: "Sənin bədənin, orqanizmin su istəyir. Görmürsənmi, o, su istəyir, su dilənir”.
 
Medicina.az məşhur kitabdan bəzi qeydləri və məsləhətləri sizin üçün toplayıb. 

Həkim Fereydunun kitabında qeyd olunan bu metodu günü sabahdan sınamağa başlayın:
 
1.Hər gün bədən çəkinizə uyğun miqdarda su qəbul edin. Hər 1 kq çəkiyə 30 ml su lazımdır. Yəni 70 kq çəkisi olan normal insan 2100 ml su tükətməlidir. 
2. Səhər 1 stəkan su içdikdən sonra dilinizin altına bir iki duz kristalı ( daş duz) qoyun. 
 
İnsan hüceyrələri arasındakı su tərkibinə görə dəniz suyu kimidir, yəni duzludur. 
Duzu suda həll edib içməyin. Bu məhlul bağırsaqlarda sovrulmur. 
 
3.Əgər siz xəstəsinizsə, bu metodu etdiyiniz ərəfədə kofein tərkibli içkilər, alkoqol, qara çay, qazlı içki, şirin içkiləri qəbul etməyin.
100 ml çay 130 ml sidik ifrazına səbəb olur. Bu isə orqanizmin susuzlaşması deməkdir. İnsanın bütün ömrü qurumaqla keçir. Hüceyrələr susuzluqdan gəbərir, siqnal verir. Gah öskürürük, gah qaşınırıq, gah baş ağrıyır, gah şəkər qalxır. Bunlar hamısı su çatışmamasındandır.
 
Su yeməkdən 1 saat əvvəl və 2 saat sonra vaxtlarda içilməlidir. Sonuncu stəkan yuxudan əvvəl qəbul olunmalıdır. 
 
Həkim Fereydun yazır: Mən ideal sxemi tapmışam. Sutkada 10 stəkan suya yarım çay qaşığı duz bəs edir. Yəni 3 qram. Bu 3 qramı bölüb gün boyu hər su içəndə qəbul edə bilərsiz. 
İnsan yatanda orqanizm daha çox su sərf edir. Ona görə yuxudan oyanan kimi 1 stəkan su içilməlidir. 
 
Astma xəstələri üçün özəl:
 
Hər dəfə astma xəstələrində quru öskürəklə tutmanın siqnalı gəldikdə, dərhal 2 stəkan su içib, sonra dil altına duz qoymalıdırlar. Duz təbii antihistamindir, ağız suyu və limfa ilə sinir uclarına təsir edib, onları qıcıqlandırmaqdan qoruyur.
 
Astma xəstələri ömür boyu bu metodu tətbiq etməli, hər 10 stəkana yarım çay qaşığı olmaqda duz qəbul etməlidirlər. Astmatiklərin menyusunda duz bir qədər bol olmalıdır. Duzsuzluq, az duzlu qidalar onların  tutmalarını daha da artırır. 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şuşalı kişi, 1890-cı il.

Redaktor seçimi

SON XƏBƏRLƏR