Slimfit
  1. ƏDƏBİYYAT

Səmral Quluzadə - İŞİD və Əl-Qaidə: Oxşar və fərqli cəhətlər

Səmral Quluzadə - İŞİD və Əl-Qaidə: Oxşar və fərqli cəhətlər
Sakura

Səmral Quluzadə - İŞİD və Əl-Qaidə: Oxşar və fərqli cəhətlər

Səudiyyə Ərəbistanı İraq Şam İslam Dövləti (İŞİD) faktını təcrid etmə və onu müasir Ərəb siyasi mədəniyyətindəki ünsürlərlə (yaxud bu baxımdan Amerikanın xarici siyasət mirası ilə) əlaqəsiz bir fakt olaraq görünməsi istiqamətində ciddi cəhdlər edir.

Səudiyyə şahzadələrinin bütün təbliğatçıları sərt əmrlərlə İŞİD faktı haqqında (xüsusilə İngilis dilində) yazmağa və faktı müxtəlif şeylərlə (məsələn "Ərəb ruhu" və ya "Ərəb siyasəti" və ya "Ərəb mədəniyyəti", yaxud "Suriya və İran rejimləri", yaxud "Hizbullahın qanadları", yaxud "Ərəb zehniyyəti" və s.) günahlandırmağa istiqamətləndirilirlər. Ancaq bu səylər boşunadır. İŞİD, eynilə Əl-Qaidə kimi vəhhabi Səudiyyə ideologiyasının məhsuludur. Bu ideologiya bütün dünyanı təlatümə gətirən müxtəlif cihad terrorist təşkilatlarının arxasındadır. Lakin ABŞ da bu baxımdan günahsız deyil: Səudiyyə Ərəbistanının vəhhabi ideologiyasıyla kəsişərək cihadi yırdıcını dünyaya gətirən şey Soyuq Müharibə əsnasındakı ABŞ doktrinası və daha sonra ABŞ-ın İraqda həyata keçirdiyi məzhəbçi hiylədir.

İŞİD və Əl-Qaidə Səudiyyə kral ailəsiylə eyni ideologiyaya sahibdirlər, ancaq xarici siyasət mövzusunda aralarında anlaşılmazlıq var. Bin Ladenin hekayəsi həmişə danışılır: ABŞ-ın İraqı işğalına və Səudiyyə kral ailəsinin ABŞ-ın onu bölgədəki müxtəlif ölkələri işğal etməyə dəvət etməsinə icazə verməsinə qədər Bin Ladenin Səudiyyə şahzadələriylə arası son dərəcə yaxşı idi. Bu tarixə qədər Bin Laden Səudiyyə Ərəbistanının siyasi quruluşunun qabaqcıl bir üzvü idi. İŞİD-in hakim olduğu bölgələrdəki dərs kitabları Səudiyyə məktəblərində istifadə edilən vəhhabi ədəbiyyatına əsaslanır. “Kitab ət-Tövhid” (sərt və şübhəli hədislərdən və bu hədislərə Məhəmməd ibn Abdul-Vəhhab tərəfindən verilən şərhlərdən ibarət olan kolleksiya), İŞİD-in, Əl-Qaidənin və Səud Xanədanının necə deyərlər "müqəddəs kitabı"dır.

İŞİD və Əl-Qaidə bəzi cəhətlərdən oxşar, bəzi cəhətlərdən isə fərqli növdən olan təşkilatlardır. Aşağıdakı siyahıda bu fərqliliklər və bənzərliklər sıralanmışdır:

1) Əl-Qaidənin xitab qabiliyyətinə sahib xarizmatik bir lideri var idi. Onu dəstəkləyən fanatiklərdə və gənc ərəblərdə təsir qoya bilirdi. İŞİD-in isə xarizmatik bir lideri yoxdur, əvəzində xəlifəsi var ki, o da televiziyada yayımlanan ilk çıxışında müvəffəqiyyətsiz oldu.

2) Əl-Qaidə mərkəzi səviyyədə Bin Laden və köməkçiləri tərəfindən idarə olunurdu; İŞİD isə ilk baxışdan kollektiv liderlik tərzində bir təşkilati quruluşa sahidir.

3) Mauris Duvergerin təklif etdiyi siyasi partiya təsnifatına əsaslansaq, Əl-Qaidə gerçək möminləri axtaran kiçik bir elita təşkilatı idi, İŞİD isə ölkələri idarə etmək istəyən bir kütlə partiyası/ordusudur (və təhlükə də buradan doğur).

4) Əl-Qaidə Qərb istiqamətində hədəflərə yönəlmiş sensasional hücumlar sahəsində mütəxəssisləşdikləri halda, İŞİD insanları mənimsəmək və hərbi zəfərlər əldə etmək üçün qorxulu videomateriallara xüsusi diqqət verir. Suriya və İraqda düşmənlərin qəlblərinə saldıqları qorxunu kiçik hesab etməyin.

5) İŞİD daxili cəbhədə döyüşə diqqət yetirir, Bin Laden isə ABŞ və Qərblə döyüşə fokuslanmışdı.

6) Hər ikisi də vəhhabi ideologiyasını paylaşır.

7) Hər ikisi də Riyad və Əl-Əzhərin dini sistemlərindən iyrənir.

8) Hər ikisi də müsəlman dindaşlarını öldürməyi asanlıqla qanuniləşdirə bilir.

9) Hər ikisi də onlayn (və ya TV üzərindən) icra edilən təbliğat əməliyyatlarında gəncliyə istiqamətlənir.

10) Əl-Qaidə köhnə tərzdə mətbuata yer verdiyi halda, İŞİD yeni mətbuata yer verir.

11) İŞİD gənclər arasında səfərbərlik icra etmək fikrinə sahibdir.

12) İŞİD Bin Ladenin gizlənmək məcburiyyətində qalıb sonra da ölməsinin ardından Əl-Qaidənin yaşadığı sonluqdanla qarşılaşmamaq üçün çox sayda ayrı-ayrı regional təşkilati qurumlara sahibdir.

13) İŞİD ictimai mətbuatda sadə dildən istifadə edir, Bin Laden isə köhnə tipdə Ərəbcə xitabların tərəfdarı idi (11 Sentyabrdan sonra etdiyi ilk çıxış isə bir istisna idi və bu, Ərəb ictimaiyyəti arasında onun lehinə oldu.)

14) İŞİD Əl-Qaidəni prinsiplər baxımından günahlandırmır, ancaq Əl-Qaidənin bu günkü liderlərini günahlandırır (Əbu Məhəmməd əl-Adnaninin Əyman əl-Zəvahiriyə göndərdiyi məktuba baxın). Əl-Qaidə isə hazırda İŞİD-i prinsiplər baxımından günahlandırır.

15) Əl-Qaidə Səudiyyə kəşfiyyat xidmətinin tam dəstəyiylə (və Soyuq Müharibə dövründə ABŞ-ın razılığı ilə) qurulduğu halda, İŞİD Səudiyyə rəhbərliyinə əleyhdar olmaqla inkişaf etdi (Səudiyyəyə müxalif Bədr əl-İbrahimin işlərinə baxın).

16) İŞİD dövləti ələ keçirməyi (və xəlifəliyə inteqrasiya edəcək şəkildə genişləndirməyi) hədəflədiyi halda, Əl-Qaidə son məqsəd olmadan dövləti devirmək istəyir.

17) İŞİD İslami qanunlar və tənzimləmələr təlqin etmək istəyir, lakin Əl-Qaidə hərbi cihad fəaliyyətlərinə diqqət yetirir.

18) İŞİD "çıxış yolu İslamdır"a geri döndü, Əl-Qaidə isə "çıxış yolu bombalardadır" fikrinə bağlı qaldı.

19) İŞİD-in bir maliyyə beyni var, Əl-Qaidə isə Bin Ladenin comərdliyinə əsaslanırdı.

20) İŞİD nəzarətində olan ərazilərdəki vətəndaşlara xitab etdiyi halda, Əl-Qaidə ümmətə xitab edir.

21) Həm İŞİD, həm də Əl-Qaidə asanlıqla "təkfir"ə müraciət edə bilir.

22) Əl-Qaidə cihadçı qruplar arasında müttəfiqlər axtarır, İŞİD isə özü kimi cihadçı qrupları sanki özündən soyutmağa, uzaqlaşdırmağa çalışır.

23) Əl-Qaidə xarici siyasətə, İŞİD isə daxili siyasətə diqqət yetirir.

24) Həm Əl-Qaidə, həm də İŞİD İsraillə düşmənşilik etməyə meylli deyil.

25) Əl-Qaidə region üçün qısa mənzilli bir təhdid idi, İŞİD isə region üçün uzun vədəli bir təhdid kimi görünür.

26) Həm Əl-Qaidənin həm də İŞİD-in meydana gəlməsi Qərbin (əvvəl Əfqanıstanda, daha sonra Suriyada) İslami şiddət və terrorizmə gözəlləmələr deməsi məzmununda reallaşdı.

27) Hər iki təşkilat da "internasionalist"dir.

28) Əl-Qaidənin ədəbiyyatı İŞİD-ə nisbətən Səud Xanədanına daha az düşməndir və Əbu Məhəmməd əl-Adnani Zəvahiriyə yazdığı məşhur məktubda bu nöqtəyə işarə etmişdir.

29) İŞİD ədəbiyyat iddialarına baxmayaraq, əmək münasibətlərində daha praqmatiktir: "köhnə" Baasçılar liderlik mövqelərində əhəmiyyətli bir komponenti təşkil edirlər.

30) Həm İŞİD, həm də Əl-Qaidə Körfəz maliyyəsindən birbaşa, və ya bilvasitə olaraq faydalanmışdır.

Əsəd Əbu Xəlil (Əl-Əxbar)

medyasafak.com

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1959-cu ildə çəkilmiş Ayın əks tərəfinin ilk görüntüsü. Şəkil "Luna-3" sovet kosmik aparatı ilə çəkilmişdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR