Slimfit
  1. CƏMİYYƏT

Şəmkirin Zəyəm Cırdaxan kəndində müəmmalı yanğınlar baş verir - sakinlər gecələr növbə çəkirlər

Şəmkirin Zəyəm Cırdaxan kəndində müəmmalı yanğınlar baş verir - sakinlər gecələr növbə çəkirlər
Sakura

Şəmkirin Zəyəm Cırdaxan kəndində müəmmalı yanğınlar baş verir - sakinlər gecələr növbə çəkirlər

Son günlər Şəmkirin Zəyəm Cırdaxan kəndinin sakinləri gecələri səhərədək həyəcanla keçirirlər. Yuxularını ərşə çəkən isə kiminsə və ya kimlərinsə gecələr evlərə od vurmasıdır.

Ens.az AZƏRTAC-a istinadən xəbər verir ki, 2 min ev, 10 min əhalisi olan kənddə hamı narahatdır. Buna səbəb törədilən müəmmalı yanğınlardır. Son hadisələrlə bağlı sosial şəbəkələrdə müəmmalı məlumatlar dolaşsa da, sakinlər evlərə od vuranın məhz insan olduğunu deyirlər. Amma kimin və ya kimlərin olduğu məlum deyil. Kənd sakinləri gecələr növbə çəksələr də, bir nəticə əldə edə bilməyiblər.

Kənd icra nümayəndəsi İsmayıl Burcuyev söhbət zamanı bildirib ki, artıq hüquq-mühafizə orqanları baş verən hadisələrlə bağlı araşdırmalara başlayıb.

Kimliyi bilinməyən şəxs və ya şəxslər Nargilə Əhmədovanın da həyətindəki evə və tövləyə od vurublar. “Gecə təxminən saat iki olardı. Nəvəm məni yuxudan oyatdı ki, evimiz yanır. Baxdım ki, evin yol tərəfdəki hissəsi alovlanıb. Həyətdə tövlə və kiçik daxma da vardı, hamısı yandı. İçərisindəki un və taxılın hamısı kül oldu. Bu, artıq kənddə dördüncü yanğın hadisəsidir”, – deyə o əlavə edib.

Son vaxtlar ayrı-ayrı günlərdə kənddə 4 evə, həmçinin bir neçə tövlə və ot tayasına od vurulub.

Zəyəm Cırdaxan kəndinin sakinləri ümid edirlər ki, tezliklə bu yanğında əli olanlar tapılıb məsuliyyətə cəlb olunacaq.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli yazıçı Seyfəddin Dağlı Cəfər Cabbarlının qızı Gülarə xanımla evli olub.

Redaktor seçimi

SON XƏBƏRLƏR