Slimfit
  1. SİYASƏT

Səməd Seyidov: “Ermənistan böyük müharibəyə getməyəcək, amma təxribatları genişləndirəcək”

Səməd Seyidov: “Ermənistan böyük müharibəyə getməyəcək, amma təxribatları genişləndirəcək”
Sakura

Səməd Seyidov: “Ermənistan böyük müharibəyə getməyəcək, amma təxribatları genişləndirəcək”

“Beynəlxalq təşkilatlar özləri də təxribatları, Ermənistanın sülh prosesindən imtinasını, təəssüflər olsun, ört-basdır edirlər. Biz görürük, beynəlxalq təşkilatların bəziləri Ermənistan və onun ətrafında olan qüvvələrin əlində alətə çevriliblər ki, sülh prosesi getməsin, Azərbaycan tərəfindən yaradılmış reallıq işləməsin. Özünüz görürsünüz, Qarabağda qondarma rejimdə istefalar, sərhəddə provokasiyalar - hamısı birmənalı olaraq prosesi uzatmaq, prosesdə gərginlik, müəmmalılıq, qeyri-sabitlik yaratmaq və “bulanıq suda balıq tutmaq” üçündür. Gördükləri bütün işlərin mahiyyəti bundan ibarətdir”.

Bu sözləri Pravda.az-a açıqlamasında Azərbaycanın Avropa Şurası Parlament Assambleyasında (AŞPA) nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib.

S.Seyidov prosesin sonunu belə dəyərləndirib: “Onsuz da Azərbaycanın yaratdığı reallıq öz sözünü deyəcək. Bu, mütləqdir, başqa yolu yoxdur. Ermənistan böyük müharibəyə getməyəcək, ancaq təxribatları genişləndirəcək. Çünki ona bu təxribatlar lazımdır - birincisi, beynəlxalaq ictimaiyyəti çaş-baş salmaq, ikincisi, həmin provokasiyalar vasitəsilə masanın arxasından qaçmaq, danışıqlar prosesindən uzaqlaşmaq üçün. Buna görə də təxribatlar genişlənəcək, çoxalacaq. Bunu götürüb beynəlxalq təşkilatlara göndərəcəklər. Guya onlar yox, Azərbaycan tərəfi nəsə edir. Bu, erməninin oynadığı köhnə oyundur. Biz bu oyunu çox gözəl bilirik. Nə qədər prosesi uzatsalar da, xeyiri yoxdur, Azərbaycan öz sözünü deyəcək, lazım olsa, adekvat şəkildə cavabını verəcək”.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Elütera adası - Karib dənizi ilə Atlantik okeanın görüş nöqtəsi adlanır

Redaktor seçimi

SON XƏBƏRLƏR