Slimfit
  1. SİYASƏT

Səməd Seyidov: “Erməni deputatlar qisas almağa cəhd göstərirlər”

Səməd Seyidov: “Erməni deputatlar qisas almağa cəhd göstərirlər”
Sakura

Səməd Seyidov: “Erməni deputatlar qisas almağa cəhd göstərirlər”

"Biz AŞPA-nın sülh deyil, müharibə haqqında fikirləşənlərin əlində alət olmasını istəmirik".

"Report"un Fransa bürosu xəbər verir ki, bunu Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov qurumun yaz sessiyasında "Avropa Şurasının strateji prioritetlərinə baxış" alı qətnamə layihəsinə həsr olunmuş müzakirələr zamanı bildirib.

"Avropa Şurasının prioritetlərini və fəaliyyətlərimizi müəyyən etməyin vaxtı çatıb. Biz yalnız müzakirələr aparmaqla kifayətlənməməliyik, biz ölkələri dəstəkləməliyik. AŞPA-dan başqa məqsədlər üçün istifadə olunmamalıdır. Mənim erməni həmkarlarım AŞPA-dan öz siyasi məqsədləri üçün bir alət kimi istifadə etməyə çalışırar. Biz nəticələr əldə etməyə çalışmalıyıq. Biz sülhə çalışırıq. Ermənistanın AŞPA-dakı nümayəndə heyəti tərəfindən isə qisas almaq cəhdləri müşahidə edilir. Biz bu mentaliteti dəyişməliyik", - o deyib.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xalq yazıçısı Mirzə İbrahimov görkəmli tarzən Qurban Pirimovun kürəkəni olmuşdur.

Redaktor seçimi

SON XƏBƏRLƏR