Slimfit
  1. AZƏRBAYCAN

Səməd Qurbanov: "Azərbaycanlı iş adamları Rusiya iqtisadiyyatına fəal investisiya qoyuluşu həyata keçirirlər"

Səməd Qurbanov: "Azərbaycanlı iş adamları Rusiya iqtisadiyyatına fəal investisiya qoyuluşu həyata keçirirlər"
Sakura

Səməd Qurbanov: "Azərbaycanlı iş adamları Rusiya iqtisadiyyatına fəal investisiya qoyuluşu həyata keçirirlər"

"Azərbaycanlı iş adamları Rusiya iqtisadiyyatına fəal investisiya qoyuluşu həyata keçirirlər".

"Report" xəbər verir ki, bu barədə Azərbaycan-Rusiya İşgüzar Şurasının İdarə Heyətinin sədri Səməd Qurbanov Bakıda keçirilən Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan İşgüzar Şuralarının geniş iclasında bildirib.

"Rusiyanın bütün subyektləri ilə əlaqə qurmaq və bu bölgələrə sərmayə qoymaq üçün Azərbaycanın işgüzar dairələrinin marağını stimullaşdırmağa hazırıq ", - S.Qurbanov bildirib.

O qeyd edib ki, azərbaycanlı iş adamları Rusiya iqtisadiyyatına fəal investisiya qoyuluşu həyata keçirirlər, xüsusilə son vaxtlar İşgüzar Şuranın bilavasitə köməyi ilə azərbaycanlı iş adamları tərəfindən Rusiya regionlarında bir sıra iri layihələr həyata keçirilib.

İdarə Heyətinin sədri Azərbaycan şirkəti olan "Karat Holdinq" tərəfindən Yessentuki şəhərində sərmayə məbləği 25 mln. dollar təşkil edən kurort mərkəzinin istifadəyə verilməsini nümunə kimi göstərib.

S.Qurbanov bilirib ki, bununla yanaşı, "ATEF Azərbaycan" şirkətlər qrupu Həştərxan vilayətindəki "Lotos" xüsusi iqtisadi zonanın ilk əcnəbi rezidenti olub.

O əlavə edib ki, hazırda Elektrotexnika Avadanlığı Zavodunun tikintisi gedir və bura qoyulan sərmayə 18 mln. dollar təşkil edir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Uşaqların ağlaması dünyada ən qıcıqlandırıcı səsdir

Redaktor seçimi

SON XƏBƏRLƏR