Dərc edildi: Baxış sayı: 586
Səməd Mənsur - Oğlum Əhməd Tofiqə vəsiyyətim
Bizim də ölkədə Əhməd, gələr bir oylə zaman,
Hüquqa malik olur millət, gülür vətənim.
Hüquq-hüquq nə gözəl şey! Yetişməz isə əlim,
Mən ölmüş olsam, unutma hüquqa həsrətimi,
Qızıl qüyuddə mənən çəkən əziyyetimi.
O gün məzanma qoş! Sanma bir ovuc xakəm
O gün vürudunu gözlər o xaki-qəmnakim.
Qoşub məzarıma ver Əhmədim, bəşarətini
Duyar qubarım inan giryeyi-səadətini.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət