Dərc edildi: Baxış sayı: 285
Səlcuq Bayraktar Prezident İlham Əliyevə təşəkkür edib: "Qızıl Alma” üçün işləməyə davam edəcəyik”
Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktar Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.
“Report” xəbər verir ki, o, tviterdə yazıb:
“Qardaş ölkəmiz Azərbaycanda göstərdiyi səmimi qonaqpərvərliyə görə hörmətli Prezident İlham Əliyevə minnətdarlığımı bildirirəm. Tək millət, iki dövlətin ortaq gələcəyi olan “Qızıl Alma” üçün işləməyə davam edəcəyik”.
Qeyd edək ki, S.Bayraktar Azərbaycanda səfərdədir. Prezident İlham Əliyev aprelin 3-də onu qəbul edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət