Slimfit
  1. DÜNYA

Sel sularının içində xəbər çəkən müxbir sosial mediada gündəm oldu

Sel sularının içində xəbər çəkən müxbir sosial mediada gündəm oldu
Sakura

Sel sularının içində xəbər çəkən müxbir sosial mediada gündəm oldu

Pakistanda sel xəbəri ilə bağlı bir anons edən müxbir boğazına qədər girdiyi suyun içində yayım edərək sosial mediada məşhur olub.

Metbuat.az xarici mediaya istinadla bildirir ki, Pakistanda sel fəlakəti səbəbilə son bir ayda ən az 71 nəfər həyatını itirib.

Ölkənin yerli kanallarından biri olan “GTV News”da işləyən müxbir Azadar Hüseyn ötən günlərdə bölgədəki şiddətli yağışın təsirini göstərmək üçün kamera qarşısına keçib. Amma ekranda sadəcə başı və mikrofon görülüb.

Sind çayından daşan sel sularının içində anons edən Hüseynin videosuna sosial mediada qısa müddətdə minlərlə bəyənmə və şərh gəlib.

Sosial media izləyicilərindən bəziləri müxbirin çəkdiyi əziyyətini alqışlayıb, bəziləri isə onun həyatını təhlükəyə atdığını bildirib.

Meteorologiya ofisi musson yağışlarının qarşıdakı iki gün ərzində ölkənin orta və cənub bölgələrinə keçəcəyini açıqlayıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Çanaqqala döyüşündə təyyarəyə atəş edən 2 top və Osmanlı əsgərləri

Redaktor seçimi

SON XƏBƏRLƏR