Dərc edildi: Baxış sayı: 649
Sektor müdiri: 'Fərdi təhsilə cəlb edilən şəxslər şagirdlərin, təxminən, 0,01 faizini təşkil edir'
"Azərbaycanda fərdi təhsilə cəlb edilən şəxslər I sinfə başlayan şagirdlərin, təxminən, 0,01 faizini təşkil edir".
"Report" xəbər verir ki, bunu Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin sektor müdiri Firidun Həmzəyev deyib.
O bildirib ki, fərdi təhsilə cəlb edilən şəxsə gün ərzində 12-13 saat dərs keçirilir: "Onlar 7-ci sinfin proqramını bitirdikdən sonra eksternat qaydada imtahan verir və attestat alırlar. Fərdi təhsilə cəlb edilən şəxslərin təhsil müddəti 25 yaşa qədər ola bilər. Bu şəxslər, əsasən, müxtəlif səbəblərdən, yəni ailə problemləri və yaşayış yerlərini dəyişmələri nəticəsində təhsildən yayınırlar".
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət