Dərc edildi: Baxış sayı: 1139
Səkkiz şəhər və rayonda iri ticarət mərkəzlərinin fəaliyyəti iyunun 21-dən iyulun 5-dək dayandırılacaq
Yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılma sürətinin azaldılması, habelə onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə xüsusi karantin rejiminin sərtləşdirilməsini təmin etmək üçün Bakı, Sumqayıt, Gəncə,Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində 21 iyun saat 00:00-dan 5 iyul saat 06:00-dək iri ticarət mərkəzlərinin fəaliyyəti dayandırılır.
Ens.az APA-ya istinadən xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarında bildirilib.
İri ticarət mərkəzlərinin nəzdindəki ərzaq mağazaları və apteklər isə fəaliyyətinə isə icazə verilir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət