Slimfit
  1. MƏDƏNİYYƏT

Şəkidə xovlu tikmə növünü yaşadan yeganə kişi sənətkar

Şəkidə xovlu tikmə növünü yaşadan yeganə kişi sənətkar
Sakura

Şəkidə xovlu tikmə növünü yaşadan yeganə kişi sənətkar

Bir vaxtlar Qafqazın ən iri ticarət mərkəzlərindən biri olan Şəkidə sənətkarlıq da geniş yayılmışdı. Sənətkarlığın bədii tikmə növü daha çox incəlik, səbr və zövq tələb etdiyindən hazırda bu sahə üzrə məşğul olan az tapılır. İkinci qrup əlil Rəhman Yunusov Şəkidə bədii tikmə sənətinin xovlu tikmə növünü yaşadan yeganə kişi sənətkardır.

Anadangəlmə fiziki məhdudiyyətli olan Rəhman uşaqlıqdan fəal şəkildə cəmiyyətə inteqrasiya olunmağa can atıb. Öz üzərində çox çalışaraq qısa müddətdə xovlu tikmə üzrə mahir ustalardan birinə çevrilib. Maraqlıdır ki, digər ustalardan fərqli olaraq Rəhman tikdiyi əsərin rəsmini də özü çəkir.

Yaratdığı hər bir işində təxəyyülündən istifadə edən sənətkarın əsərlərindəki əsas süjet xətti doğulduğu diyarın təbiət mənzərələri, qədim tarixi abidələri, daş yolları, qırmızı kirəmitli evləridir. Bu sənət əsərləri içərisində dünya memarlıq incisi sayılan Şəki xan sarayını özündə əks etdirən əl işi daha çox maraq doğurur. O, bu əsərində təbiəti, ətraf mühiti ağlı-qaralı, xan sarayını isə müxtəlif rəng çalarları ilə təqdim edib. Rəhmanın əl işləri turistlərin də diqqətini cəlb edir.

Daim öz üzrəində çalışan, yeniliklərə can atan Rəhman Yunusovun əl işləri dəfələrlə respublika və beynəlxalq səviyyəli sərgilərdə nümayiş etdirilib, diplomlara layiq görülüb.

Xovlu tikməni qədimdə məxmərtel tikmə də adlandırırdılar. Əvvəlcə parçanın arxa tərəfində mövzuya uyğun eskiz çəkilir və elə tərs üzündən xüsusi iynə və pambıq saplarla işlənilir. Sonra artıq saplar qayçı ilə kəsilir.

Qeyd edək ki sənətkarın hazırladığı böyük həcmli işlər 8-9 aya, orta həcmli işlər isə 4-5 aya başa gəlir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şəhidimiz Şahmurad Əlizadə

Redaktor seçimi

SON XƏBƏRLƏR