Slimfit
  1. İQTİSADİYYAT

Şəkidə 68 min hektara yaxın sahədə payızlıq dənlilərin səpini proqnozlaşdırılır

Şəkidə 68 min hektara yaxın sahədə payızlıq dənlilərin səpini proqnozlaşdırılır
Sakura

Şəkidə 68 min hektara yaxın sahədə payızlıq dənlilərin səpini proqnozlaşdırılır

Şəki rayonunun təsərrüfatlarında gələn ilin məhsulu üçün payızlıq dənlilərin səpininə ciddi hazırlıq işləri görülür. Cari mövsümdə rayonda 68 min hektara yaxın sahədə payızlıq dənlilərin səpini proqnozlaşdırılır. Bu məqsədlə indiyədək təsərrüfatlarda 30 min hektardan çox sahədə şum qaldırılıb. Səpin üçün 12 min ton yüksək reproduksiyalı toxum fondu yaradılıb.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə şəhər icra hakimiyyəti aparatının məsul nümayəndəsi Rafik Məmmədov məlumat verib.

Qurumun rəsmisinin sözlərinə görə, payızlıqların səpininə sentyabrın 20-dən sonra başlamaq nəzərdə tutulur. Səpin üçün ayrılmış toxum fondu laboratoriya müayinəsindən keçirilib. Səpində iştirak edəcək 150 ədəd şum traktoru və 81 ədəd toxumsəpən aqreqat təmir olunaraq saz vəziyyətə gətirilib.

Rafik Məmmədov bildirib ki, hazırda təsərrüfatlarda bitkiçilik məhsullarının yığımı da mütəşəkkil davam etdirilir. İndiyədək üzüm bağlarından 400 tonadək məhsul yığılıb, bağbanlar 150 ton meyvə toplayıblar. Tütün istehsalçıları sahələrdən 19 min ton yaşıl kütlə tədarük edərək emal məntəqəsinə təhvil veriblər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsanların nəfəs aldığı havanın cəmi 20%-ni oksigen təşkil edir

Redaktor seçimi

SON XƏBƏRLƏR