Slimfit
  1. MƏDƏNİYYƏT

Şəki Xan Sarayı UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil ediləcəkmi?

Şəki Xan Sarayı UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil ediləcəkmi?
Sakura

Şəki Xan Sarayı UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil ediləcəkmi?

Hazırda Şəki Xan Sarayı ilə birgə şəhərin tarixi mərkəzinin UNESCO-nun Ümumdünya İrs siyahısına daxil edilməsi istiqamətində iş aparılır. SİA-nın məlumatına görə, bu fikri UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının 2019-cu ildə Bakı şəhərində keçirilməsi ilə əlaqədar Azərbaycan Prezidentinin müvafiq Sərəncamı əsasında yaradılmış Təşkilat Komitəsinin sədri, mədəniyyət naziri Əbülfəs Qarayev deyib.

Nazir bildirib ki, 2017-ci ildə Polşanın Krakov şəhərində keçirilən UNESCO-nun Ümumdünya İrs Komitəsinin 41-ci sessiyasında ölkəmiz tərəfindən təqdim edilən “Xan sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” adlı nominasiya müzakirə olunub.

“UNESCO-nun Ümumdünya İrs Komitəsinin sessiyasında hansısa maddi-mədəniyyət nümunəsi, irsi ilə bağlı qərar çıxarılırsa, bu həm də həmin ölkənin bəşəriyyətin tarixinə adını yazdırması deməkdir”,- deyə nazir vurğulayıb.

Nazir deyib ki, Bakı şəhərinin tarixi mərkəzi olan İçərişəhər memarlıq kompleksi 2000-ci ildə, Qobustan Dövlət Tarixi-Bədii Qoruğu isə 2007-ci ildə UNESCO-nun İrsi Siyahısına salınıb.

Qeyd edək ki, Ümumdünya İrs Komitəsinin 42-ci sessiyasında qəbul edilmiş qərara əsasən 43-cü sessiya 2019-cu il iyunun 30–dan iyulun 10-dək Bakı şəhərində keçiriləcək.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Çanaqqala müharibələri, 1915 İbadət üçün düzəldilmiş məscid və güllə qutularından hazırlanan minbər

Redaktor seçimi

SON XƏBƏRLƏR