Slimfit
  1. AZƏRBAYCAN

Şəkərli diabetlə mübarizə sahəsində növbəti layihə həyata keçiriləcək

Şəkərli diabetlə mübarizə sahəsində növbəti layihə həyata keçiriləcək
Sakura

Şəkərli diabetlə mübarizə sahəsində növbəti layihə həyata keçiriləcək

2017-ci ildə olduğu kimi 2018-ci ildə də “Azerbaijan Changing Diabetes TM Awards 2018” layihəsini həyata keçirir. Layihə çərçivəsində tədbir Dünya Diabet günü, noyabrın 14-də Bulvar otelində keçiriləcək.

Layihənin əsas məqsədi ictimaiyyətin diqqətinin şəkərli diabet probleminə yönəldilməsi və diabetlə mabarizə aparmaq üçün əhalini maarifləndirərək sağlam həyat tərzi aparmağa sövq etməkdir. Bu tədbirin bir ənənə olaraq hər il keçirilməsi nəzərdə tutulub.

Layihənin icrası zamanı görüləcək işləri müzakirə etmək məqsədilə “Azerbaijan Changing Diabetes TM Awards 2018”nın müşavirə şurasının toplantısı keçirilib. Ekspertlərdən ibarət şura üzvləri arasında keçirilən toplantıda layihə çərçivəsində həyata keçiriləcək tədbirlər, şəkərli diabetlə mübarizə istiqamətində görülən işlər, eləcə də mövcud vəziyyət müzakirə edilib. Toplantıda ötən il keçirilən “Azerbaijan Changing Diabetes TM Awards 2017" layihəsinə xarici ölkələrdən də böyük marağın olduğu vurğulanıb. Novo Nordisk şirkətinin Azərbaycan üzrə rəhbəri Araş Nosrati Heravi bu səbəbdən də layihənin açılışı mərasiminə İtaliya, Rusiya, Turkiyə, Danimarka, Gürcüstan, Özbəkistan, Qırğızıstan və s. ölkələrdən qonaqların qatılacağını bildirib.

 

Həmçinin tədbir zamanı diabetli uşaqlar arasında bacarıq müsabiqəsinin nəticələri də elan olunacaq.

Bu layihənin sponsoru olan “Novo Nordisk” şirkəti şəkərli diabetin müalicəsində ən yeni texnologiyalardan istifadə edən, dünya üzrə tanınan və bir əsrə yaxın tarixə malik şirkətdir. “Novo Nordisk” şirkəti dünyada şəkərli diabetlə yaşayan milyonlarla insana və gələcəkdə şəkərli diabetə tutulmaq riski olanlara öz dəstəyini ifadə edir. “Novo Nordisk” yüksək keyfiyyətli dərmanların istehsalında ən qabaqcıl şirkət olmaqla yanaşı, şəkərli diabetlə yaşayan insanların həyat keyfiyyətinin yaxşılaşmasına da öz töhfəsini verir.

Şirkətin şəkərli diabetin müalicəsi sahədə Azərbaycanda bəzi layihələrinə, həmçinin Heydər Əliyev Fondu tərəfindən dəstək göstərilir. Belə ki, 2004-cü il dekabrın 4-də Fondda "Diabetli uşaqlara ən yüksək qayğı" layihəsinin təqdimatından sonra Heydər Əliyev Fondu, Azərbaycan Diabet Cəmiyyəti və Danimarkanın yüksək keyfiyyətli insulin istehsalı sahəsində dünyada lider olan "Novo Nordisk" şirkəti ilə birgə layihələrin icrasına başlandı. Qeyd olunan layihənin əsas məqsədi ictimaiyyətin, yerli və xarici şirkətlərin diqqətini ölkəmizdəki diabetli uşaqların problemlərinə yönəltməyə, bunların həllinə kömək etməkdir.

Mənbə: Trend

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gözəl süni şəlalə

Redaktor seçimi

SON XƏBƏRLƏR