Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Şəkərli diabet xəstələrinə dair sərəncam

Şəkərli diabet xəstələrinə dair sərəncam
Sakura

Şəkərli diabet xəstələrinə dair sərəncam

Səhiyyə Nazirliyində “Şəkərli diabet xəstələrinə göstərilən tibbi xidmətin yaxşılaşdırılması, keyfiyyət və səmərəliyinin artırılması üzrə tədbirlərin sürətləndirilməsi haqqında” sərəncam imzalanıb.

Nazirliyin mətbuat xidmətindən Yenicag.az-a bildirilib ki, sərəncamla “2016-2020-ci illər üçün şəkərli diabet xəstəliyi üzrə Dövlət Proqramı”nın icrası üzrə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Fəaliyyət Planında göstərilmiş tədbirlərin sürətləndirilməsi məqsədi ilə işçi qrupu yaradılıb.

Sənəddə işçi qrupuna şəkərli diabet xəstələrinə göstərilən tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması və səmərəsinin artırılması üzrə tədbirlər planı təsdiq edib. Planın icrası barədə mütəmadi olaraq Səhiyyə Nazirliyinə hesabatın təqdim edilməsi tapşırılır.

Tədbirlər planına Diabet əleyhinə dərman vasitələrindən istifadə edən xəstələrin qeydiyyat sisteminin təkmilləşdirilməsi, dərman vasitələrinə əlçatanlığın yaxşılaşdırılması, xəstələrə göstərilən tibbi xidmətin keyfiyyətinin artırılması, şəkərli diabetin profilaktikası və müalicə prinsiplərinə dair məlumatlılıq səviyyəsinin yüksəldilməsi daxildir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bu gün pələnglərin ən məşhur müdafiəçilərindən biri məşhur Hollivud ulduzu Loenardo Di Kapriodur. O Rusiyaya gələrək, Amur pələnglərin müdafiəsi üçün 1 milyon dollar bağışlayıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR