Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Şəkərdən daha artıq zərər verən 8 məhsul

Şəkərdən daha artıq zərər verən 8 məhsul
Sakura

Şəkərdən daha artıq zərər verən 8 məhsul

Şəkər bu gün sağlamlığımız üçün əsas cani statusuna malikdi. Bəzi qidaların orqanizmə  zərərli  təsirindən  az adam xəbərdardır.  Ens.az onların bəziləri  haqqında bu yazını təqdim edir

1. Süni şirinləşdirici maddələr

Kimyəvi şirinləşdirici maddələr, qablaşdırmada "aşağı kalorili" və "şəkərsiz" işarələri olan məhsulların istehsalında çox istifadə olunur.  Buna görə satın almadan əvvəl, məhsulun  tərkibini araşdırın. Məsələ ondadır ki, bu cür əlavələr şəkərin şirinliyini 10-600 dəfə üstələyir.  Onların istifadəsindən sonra qanda qlükozanın sıçrayışı  meydana gəlir, bu da artıq çəkinin yaranmasına təsir edir.  Eyni zamanda kimyəvi şirinləşdiricilər özlərini o qədər yaxşı gizlədir ki, beyin şirniyyatları tanımır və yenə əlavə olaraq qidalardan istəyir.

2. Hidrogenləşdirilmiş yağlar və trans yağlar

Belə komponentlər kekslərdə və  fastfoodlarda tez- tez rast gəlinir. Hətta qızartmadan  sonra adi bitki yağı da sağlamlığa zərərlidir.  Bu növ yağlar bir çox kalori və toksin ehtiva edir.  Şirniyyatların və ya qızardılmış qidaların tez-tez istifadə edilməsi "pis" xolesterinin səviyyəsini artırır və "yaxşının"səviyyəsini aşağı salır. Həmçinin trans yağlar ürək-damar sisteminə mənfi təsir göstərir, diabet və insult  riskini artırır.

3. Enerji içkiləri

Bir qutu enerji içkisi - bu şəkərin  (orta hesabla 30 qram) porsiyasıdır, stimullaşdırıcılar və kimyəvi əlavələrdir.  Bu "partlayıcı" tərkib  iştahı azaldır, yuxunu pozur və orqanizmi susuzlaşdırır.

4. Qazlaşdırılmış şirin sular

Qazlı su - gizli şəkərin başqa bir mənbəyidir.  Belə içkilərə qaraciyər xəstəliyinə səbəb olan çox miqdarda qarğıdalı siropu əlavə olunur.  Gizli şəkər yalnız aclıq hissini artırır, bu da həqiqətən ehtiyacınızdan daha çox kalori yeməyə təşviq edir.

5. Nitritlər

Bu kimyəvi maddələr, kolbasa kimi emal edilmiş qidaların və ət məhsullarının tərkibinə daxildir.  Belə nitritlərin termik emalı  zamanı toksinlər əmələ gəlir - nitrozaminlər, müxtəlif xərçəng növlərinə səbəb ola bilər.

6. Qida boyaları

Sarı rəngli  №5 və №6 boyası tez-tez xəmir və desertlərə əlavə olunur ki, bulkaya iştahlı çalarlar versin.  Ancaq onu  yeyə bilməzsiniz, çünki beyin fəaliyyətini pozur.  Belə məhsullar istifadə edən uşaqlarda konsentrasiya pozulur və öyrənmə qabiliyyəti azalır.  Sarı rəngli №5 hım də  güclü bir allerqendir.

7. Mikrodalğalı sobada popkorn

Mikrodalğalı sobada hazırlanan  popkorn, paketlərdə porsiya halında satılır.  Qablaşdırma yüksək temperatura məruz qaldıqda parçalanan bir tərkiblə örtülmüşdür.  Nəticədə perftoroktan turşusu əmələ gəlir ki, bu da onkoloji xəstəliklərin riskini  artırır.

8. Emal olunmuş ət məhsulları  və hormonlu dərmanlarla böyüdülmüş heyvanın əti

Əgər mütəmadi olaraq emal edilmiş ət və kolbasa istifadə etsəniz, ürək və qan damar xəstəlikləri riskini 42%, ikinci tip şəkərli diabet xəstəliyinin riskini 20% artıracaqsınız.  Emal edilmiş ət məhsullarında çox miqdarda natrium var.  Sağlamlığınızı qorumaq və bədəninizin təbii balansına zərər verməmək üçün hormonal dərmanlarla böyüdülən heyvanların ətindən  istifadə etməkdən çəkinin.

Mənbə: Могу

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nizami adına Ədəbiyyat Muzeyinin binasının pəncərəsində Əfzələddin Xaqani rəsmi

Redaktor seçimi

SON XƏBƏRLƏR