Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Şəkər xəstələri nə yeməlidirlər?

Şəkər xəstələri nə yeməlidirlər?
Sakura

Şəkər xəstələri nə yeməlidirlər?

Mütəmadi olaraq, yediyinə, içdiyinə fikir verməli olan şəkər xəstələrinə qadağan edilən qidalar kifayət qədər çoxdur. Çoxsaylı qadağalarla yaşamalı olan belə insanlar üçün xeyirli olanlar da var. Türkiyəli diyetoloq Mügə Güzey şəkər xəstələri üçün faydalı olan həmin qidalardan danışıb.

Gencaile.az diyetoloqun məsləhətlərini təqdim edir:

 

Şəkər xəstələri üçün ən faydalı meyvə

Diyetoloq şəkər xəstələri üçün ən faydalı meyvənin armud olduğunu bildirir:

“İnsulindən istifadə etməli olan şəkər xəstələri meyvələrdən armuda üstünlük verməlidirlər. Armud şirin meyvə sayılsa da, şəkər xəstələri üçün faydalıdır. Lif baxımından zəngin olan həmin meyvə qandakı şəkərin miqdarını nəinki yüksəldir, əksinə onunla birlikdə istifadə edilən süd və qatığın tərkibindəki zülallar qandakı şəkərin miqdarını tənzimləyir. Diabet xəstələri qəlyanaltı zamanı 1 ədəd armud yeməli, 1 stəkan süd içməli və ya bir az qatıq yeməlidirlər”.

 

Çərəzlər

Diyetoloqun sözlərinə görə, şəkər xəstələri üçün ən faydalı çərəzlər qoz və badamdır:

“Qozun ehtiva etdiyi Omeqa-3 turşusu şəkər xəstələrini ürək-damar problemlərindən qoruyur. Həm qoz, həm də badam liflə zəngindir. Ancaq bu çərəzlərin kalorisi çoxdur. Odur ki, gündə 10 ədəd badam və 2 ədəd qoz yemək kifayətdir”.

 

Şəkər xəstələrinin dostu darçın

Mügə Güzey deyir ki, darçın qandakı şəkəri tənzimləyir. Ona görə də, gündə yarım çay qaşığı darçın istifadə etmək lazımdır. Diyetoloq darçının təsirini artırmağın üsullarından da danışıb:

“Ən faydalı darçın növü Çin darçınıdır. Darçını süd və ya qatıqla qarışdırıb istifadə etmək lazımdır. Çayları qabıq darçınla dadlandıra bilərsiniz. Darçın şirniyyat istəyini öldürür. Bunun üçün almanı dilimləyin və üzərinə darçın səpin. Sobada 10 dəqiqə bişirin. Bunu gündə bir dəfə yemək olar.

 

Qatıq möcüzəsi

Diyetoloq şəkər xəstələrinə qatıq yeməyi məsləhət görür:

“Qatıq zülal və karbohidrat ehtiva edir. Tərəvəz yeməklərinin yanında və ya qəlyanaltı zamanı meyvələrin yanında yemək olar”.

 

Sarıkök

Mügə Güzeyin sözlərinə görə, şəkər xəstələri üçün ən faydalı ədviyyat sarıkökdür:

“Bu ədviyyatın tərkibindəki “curcumin” maddəsi insulini sabitləşdirir. Qanda şəkərin səviyyəsini nizamlayır. Ürək-damar xəstəliklərinin qarşısını alır. Sarıkökü bitki çaylarına əlavə edərək meyvələrə, tərəvəz xörəklərinə qataraq istifadə etmək olar. Sarıkökün təsirini artırmaq istəyirsinizsə, onu istiot və zeytun yağı ilə qarışdırıb yeyin”.

 

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sahildə maraqlı tavanı olan kafe

Redaktor seçimi

SON XƏBƏRLƏR