Slimfit
  1. İDMAN

Şəhriyar Məmmədyarov ABŞ-da liderliyini qoruyur

Şəhriyar Məmmədyarov ABŞ-da liderliyini qoruyur
Sakura

ABŞ-ın Seynt Luis şəhərində keçirilən Sinkfild kuboku turnirinin V turu oynanılıb

ABŞ-ın Seynt Luis şəhərində keçirilən Sinkfild kuboku turnirinin V turu oynanılıb.

Oxu.Az xəbər verir ki, bu turda Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov amerikalı Hikaru Nakamura ilə qarşılaşıb. 

Oyun heç-heçə başa çatıb. Ümumiyyətlə, bu tur çərçivəsində keçirilən bütün görüşlərdə xallar yarı bölünüb.

Beş turdan sonra beş şahmatçı – Şəhriyar Məmmədyarov, Aleksandr Qrişuk, Levon Aronyan, Fabiano Karuana və Maqnus Karlsen hərəyə üm xal toplayıblar.

Ümumi mükafat fondu 300 min dollar olan və avqustun 27-dək davam edəcək turnirin VI turunda Şəhriyar Məmmədyarov Fransa şahmatçısı Maksim Vaşye-Laqravla qarşılaşacaq.

Səbuhi MUSAYEV

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bir stolda ən çox yemək növü - Çinin Uxan şəhərində yeni il qeyd edərkən stolda fərqli 8146 yemək

Redaktor seçimi

SON XƏBƏRLƏR