Dərc edildi: Baxış sayı: 551
:0
Səhiyyə Nazirliyindən xəbərdarlıq: Buna görə məsuliyyət daşımırıq
Bəzi KİV-də (instagram) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi adından istifadə edərək dərman preparatları reklam olunub.
Bu məsələ ilə bağlı Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Bu reklamların Səhiyyə Nazirliyinə heç bir aidiyyatı yoxdur və nazirlik sözü gedən reklamın yayılmasına görə məsuliyyət daşımır.
Qeyd edilib ki, Respublika Müalicəvi Diaqnostika Mərkəzi ilə əlaqə saxlanılıb və belə bir şəxsin orada çalışmadığı bildirilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət