Slimfit
  1. CƏMİYYƏT

Səhiyyə Nazirliyi: Zəhərlənən tələbələrin vəziyyəti stabil qiymətləndirilir

Səhiyyə Nazirliyi: Zəhərlənən tələbələrin vəziyyəti stabil qiymətləndirilir
Sakura

Səhiyyə Nazirliyi: Zəhərlənən tələbələrin vəziyyəti stabil qiymətləndirilir

Bakı Dövlət Universitetinin zəhərlənən tələbələrinin vəziyyəti stabil kimi qiymətləndirilir.

Bu barədə APA-ya Səhiyyə Nazirliyindən bildirilib.

Nazirlikdən qeyd edilib ki, onların xəstəxanadan buraxılması hələlik gözlənilmir: “Zəhərlənən tələbələr palataya köçürülüb, onların müalicəsi bir müddət davam edəcək”.

Xatırladaq ki, Bakı Dövlət Universitetinin 2№ li yataqxanasında zəhərlənmə hadisəsi baş verib. Həkimlər Mətbuat küç. 36 ünvanına çatdıqda otaqda huşsuz vəziyyətdə 3 tələbə qız aşkarlayıblar. Təcili Tibbi Yardım həkimlərinin bildirdiyinə görə, huşsuz vəziyyətdə tapılan qızların ağızlarından qan gəlib. Zəhərlənməsi ehtimal edilən qızlardan biri ölüb, ikisi isə kritik vəziyyətdə Təcili Tibbi Yardım avtomobili ilə KTM-ə çatdırılıblar. 20-22 yaş arası olan qızların müalicələri davam edir.

Faktla bağlı Bakı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. 

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Hacı Zeynalabdin Tağıyevin cangüdəni, 1900-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR