Slimfit
  1. AZƏRBAYCAN

Şəhidlərin vərəsələrinə ödəmə üzrə yeni rəqəmlər açıqlandı

Şəhidlərin vərəsələrinə ödəmə üzrə yeni rəqəmlər açıqlandı
Sakura

Şəhidlərin vərəsələrinə ödəmə üzrə yeni rəqəmlər açıqlandı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim olunan və nazirlikdəki İşçi qrupu tərəfindən təhlil edilmiş sənədlər üzrə daha 1 115 şəhid hərbi qulluqçunun 1509 vərəsəsinə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul edilib.

Oxu.Az xəbər verir ki, iclasda notarial qaydada vərəsələrdən qəbul edilərək, həmin qərarlar əsasında vərəsələrin siyahısı birdəfəlik ödənişin təmin edilməsi üçün aidiyyəti quruma göndərilib.

Beləliklə, 9 min 531 şəhid hərbi qulluqçunun vərəsələrinin birdəfəlik ödəmə almaq hüququ müəyyən olunub. Bu günədək onlardan artıq 2 min 338 şəhid hərbi qulluqçu üzrə 3 min 038 vərəsəyə birdəfəlik ödəniş verilməsi barədə qərarlar qəbul edilib və onlara birdəfəlik ödəniş həyata keçirilir.

Bu sahədə aparılan işlər vətəndaş rahatlığı prinsipi və sadə prosedur əsasında, elektron infrastruktur üzərində tam şəffaf qaydada yerinə yetirilir. Notarial qaydada vərəsələrdən qəbul edilmiş bütün sənədlər nazirliyə elektron qaydada təqdim olunur. Qərar verildikdən sonra vərəsələrin bank hesablarına müvafiq vəsait (11 min manat) köçürülür və bu barədə onlara SMS vasitəsilə bildiriş göndərilir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xurşidbanu Natəvan və Qasım bəy Zakirin də qohumluq əlaqələri vardır. Hər ikisi Cavanşirlər sülaləsindəndir.

Redaktor seçimi

SON XƏBƏRLƏR