Slimfit
  1. ƏSGƏRƏ AÇIQ MƏKTUB

Şəhidlər ölməz, Vətən bölünməz!..

Şəhidlər ölməz, Vətən bölünməz!..
Sakura

Şəhidlər ölməz, Vətən bölünməz!..

Gecə-gündüz, isti-soyuq demədən, yorulmadan vətənimizin keşiyində dayanan, düşmənə qan udduran əsgər qardaşlarımıza salam olsun!  Sabah sizin yanınızda olmaq diləyi ilə, bugün bu məktubu arxa cəbhədən yazıram. Azərbaycan əsgərinə demək istədiyim sözləri ifadə etmək üçün söz tapmaqda çətinlik çəkirəm. Ən məşhur yazıçı, şair, alim olsaydım belə, dünyada mövcud olan bütün dillərin hamısını bilmiş olsaydım, yenə də içimdən gələn o hissləri tam ifadə edə bilməzdim. Doğulduğum Kəlbəcər şəhərindən 9 yaşımda ayılmışam. Baxmayaraq ki, ömrümün çox az hissəsi orada keçib, 9 ili heçnəyə dəyişmərəm – bugünki uğurları isə bir ömürə dəyişmərəm. Bugün Azərbaycanın igid oğulları, ölməz şəhidləri qanla tarix yazdılar, yazmaqda davam edirlər. Düşmənimizin Yer kürəsində bənzəri yoxdur, ən alçaq, insanlıqdan uzaq əməllərilə günahsız körpələri, qadın-qoca, yaşlı-cavan demədən vəhşiliklə və işgəncə ilə qətlə yetirmiş, ən murdar şəkildə bütün insanlığa dərin ləkə salmışlar. Bugün onları məhv etməklə, Ordumuz bütün insanlığa boyük xeyir vermiş olur, bütün əziyyətə, vəhşiliyə məruz qalan, haqsızlıqla öldürülən dinc əhalinin, şəhid olan əsgərlərimizin, gözü yaşlı analarımızın, yerlərindən didərgin salınmış həmvətənlərimizin qisasını böyük şərəflə, insanlıq adına layiq şəkildə, qəhrəmancasına almaqdadır! Bugün Azərbaycan əsgəri ürəklərimizdədir və tariximizi qızıl hərflərlə yazır! Var olsun bizim əsgər! Yaşasın bütöv Azərbaycan!

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İsa Hüseynov, Nəbi Xəzri və Məstan Günər bacanaq idi. Onlar şair Davud Nəsibin bacıları ilə evlənmişdilər.

Redaktor seçimi

SON XƏBƏRLƏR