Şəhidimiz dəfn edildi
Martın əvvəlində qar uçqununa düşərək həlak olmuş Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi qulluqçusu Məmmədov Fərrux Fərman oğlunun dəfn mərasimi keçirilib.
Axar.az xəbər verir ki, Daşkəsən rayonunda keçirilən dəfn mərasimində 2000 nəfərdən artıq şəxs iştirak edib.
Məmmədov Fərrux Fərman oğlu ailəli idi, şəhidin 1 qız övladı yadigar qalıb.
Qeyd edək ki, 04.03.2019-cu il tarixdə saat 13:00 radələrində Müdafiə Nazirliyinin Daşkəsən rayonu ərazisində yerləşən N saylı hərbi hissənin giziri, 1984-cü ildə Qazax rayonunda anadan olmuş Abdullayev Hafiz Məhəd oğlu və müddətdən artıq xidmət edən hərbi qulluqçu, 1992-ci ildə Daşkəsən rayonunda anadan olmuş Məmmədov Fərrux Fərman oğlu döyüş postundan qayıdarkən qar uçqununa düşərək həlak olublar.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət